100 min hərbçi, 100 qrup - Rusiya Ukrayanaya Krımdan hücum edəcək

24-11-2021, 07:00           
100 min hərbçi, 100 qrup -
ABŞ NATO müttəfiqlərinə Ukraynanı işğal etməyə hazırlaşan rus qoşunlarının sayının artdığını göstərən kəşfiyyat məlumatlarını açıqlayıb.

EDNews.net-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xüsusi mənbələrə istinadən yazır.

Agentlik qeyd edir ki, Moskva Belarus ərazisindən və ilhaq edilmiş Krımdan hücuma keçə bilər. İşğalda 100 min nəfərlik 100 qrupun iştirak edəcəyi güman edilir. Bundan basqa mənbələr Rusiya hakimiyyətinin ehtiyatda olan on minlərlə hərbçini ordu sıralarına çağırdığını iddia edir.

Bu yaxınlarda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın Ukraynaya qarşı ehtimal olunan hərbi əməliyyatları barədə danışıb. Onun sözlərinə görə, işğal 2022-ci ilin yanvar və ya fevralında başlaya bilər.

Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyaya qarşı məqsədyönlü kampaniya aparıldığını bildirib. Peskovun sözlərinə görə, “Bloomberg” informasiyanı cmiyyətə ötürmək üçün istifadə olunub.

Rusiya Xarici Kəşfiyyat Xidməti Ukraynaya hərbi müdaxilə ilə bağlı məlumatları təkzib edib. “Daxil olan məlumatlara görə, ABŞ Dövlət Departamenti diplomatik kanallar vasitəsilə öz müttəfiqlərinə və tərəfdaşlarına Ukraynaya hərbi müdaxilə üçün ölkəmizin ərazisində qüvvələrin cəmlənməsi ilə bağlı tamamilə yanlış məlumatlar çatdırır”,-deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin açıqlamasında qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.