Rusiya və ABŞ Baş Qərargah rəisləri beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

24-11-2021, 07:58           
Rusiya və ABŞ Baş Qərargah rəisləri beynəlxalq təhlükəsizliyi müzakirə ediblər
Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Valeri Gerasimov və Mark Milli telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi liderlərin beynəlxalq təhlükəsizliyin aktual məsələlərini, o cümlədən hərbi insidentlərin risklərinin azaldılması müzakirə etdiyi bildirilir.

Danışıqlar Rusiya-Amerika təmaslarının ən yüksək səviyyədə hazırlanmasına dair hesabatlar fonunda baş tutub.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti noyabrın 17-də bildirib ki, tərəflər ən yüksək səviyyədə təmaslar hazırlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru