Soçi görüşündən gözləntim budur – Krutakov

24-11-2021, 15:46           
Soçi görüşündən gözləntim budur – Krutakov
Azərbaycan və Ermənistanın bu addımı atması və Rusiyanın buna dəstək verməsi çox yaxşı haldır.

Bu sözləri Axar.az-a rusiyalı mütəxəssis, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Leonid Krutakov Soçi görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, sözügedən görüş ümumi böyük kompromisə aparan kiçik addımlardır:

“Əgər mənim bu görüş haqda şəxsi gözləntilərimdən danışsaq, bu, Azərbaycan, Rusiya və Ermənistanın gələcək üçün ümumi layihə çərçivəsində sülh şəraitində yaşamasıdır. 90-cı illərdə jurnalist işləmişəm, keçmiş SSRİ-nin bütün qaynar nöqtələrində olmuşam. Müharibə haqqında həqiqət eynidir: müharibə zibil şeydir! SSRİ-nin dağılması ilə bütün köhnə münaqişələr, tarixi incikliklər yenidən canlandı. Sağalmış kimi görünən yaralar yenidən qanamağa başladı. Əsas odur ki, bu görüş baş tutacaq. Hər belə görüş kompromisə doğru bir addımdır”, – deyə Krukatov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru