Britaniyalı deputat südəmər oğlu ilə işə gəlmək hüququ tələb edir - FOTO

25-11-2021, 09:23           
Britaniyalı deputat südəmər oğlu ilə işə gəlmək hüququ tələb edir - FOTO
Böyük Britaniyanın Leyboristlər Partiyasından olan deputat Stella Kreysi İcmalar Palatasının gənc deputatların körpə uşaqlarla iclaslara gəlməsini qadağan edən yeni qaydalarını demokratiya üçün məhvedici adlandırıb.

“Görünür, bütün dünya parlamentlərinin anası olan bir palatada analar görünməz və eşidilməz olmalıdır” - deyə o, “Twitter” səhifəsində yazıb.

Kreysi əvvəllər də südəmər qızını, indi isə üç aylıq oğlunu işə gətirdiyini və bunun heç vaxt problem olmadığını deyib. Lakin çərşənbə axşamı körpə ilə qatıldığı son görüşdən sonra ona məlumat verilib ki, körpə ilə Vestminsterdə debata qatılmaq qaydaların pozulmasıdır.

İcmalar Palatasının spikeri ser Lindsi Hoyl prosedur komitəsindən araşdırma aparmağı xahiş edib. O, deputatlara bildirib ki, valideynlərin palatanın işində tam iştirak edə bilməsi son dərəcə vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru