Avropanın Soçi həmləsinə mümkün CAVABI: - “Putin Qərbi real olaraq fakt qarşısında qoydu”

29-11-2021, 19:26           
Avropanın Soçi həmləsinə mümkün CAVABI: -
“Azərbaycanla Ermənistan rəhbərlərinin Brüssel görüşündən regional düzənə təsir göstərəcək nəticə gözlənilmir”.

Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünün Azərbaycanla Ermənistan rəhbərlərinin dekabrın 15-də Brüsseldə planlaşdırılan danışıqlarını formallığa çevirdiyini bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Soçi görüşü Kremlin Cənubi Qafqazda fəallaşmaq istəyən Avropaya özünəməxsus mesajı sayıla bilər:

“Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin ötən həftə Soçidə baş tutan görüşü regionda formalaşan düzəndə Moskvanın baş rolu hələ də özündə saxladığını bir daha nümayiş etdirdi.

Üç ölkə liderinin Soçi görüşünün məhz altı postsovet dövlətinin iştirakı ilə Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitindən öncə, həm də müəyyən qədər ekspromt şəkildə təşkil olunması Kremlin Avropaya özünəməxsus mesajı sayıla bilər.

Soçi görüşündən sonra üç ölkə rəhbərinin verdiyi, əsasən müsbət məzmunlu açıqlamalar Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə gerçəkləşəcək danışıqlarını haradasa indidən formallığa çevirir.

Nəzərə almaq lazımdır ki, ara-sıra bəyanatları qeyd etməsək, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında qarşıdurmanın nizamlanmasında heç vaxt iştirak etməyib. Eyni zamanda, ATƏT-in Minsk qrupunda da Fransa və ABŞ-la müqayisədə Rusiyanın proseslərə təsir imkanı qat-qat çox olub.

Elə Vladimir Putinin Soçi görüşünün nəticələri haqqında səsləndirdiyi fikirlər də “Qərbin burada işi yoxdur” mənasında anlaşılmalıdır. Putin bununla Qərbi faktik olaraq fakt qarşısında qoydu. O baxımdan, Azərbaycanla Ermənistan rəhbərlərinin Brüssel görüşündən regional düzənə təsir göstərəcək nəticə gözlənilmir”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.