Uşakov: Putin Baydenə deyib ki, sanksiyalar ABŞ-ın özü üçün də zərərlidir

8-12-2021, 11:04           
Uşakov: Putin Baydenə deyib ki, sanksiyalar ABŞ-ın özü üçün də zərərlidir
Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə danışıqlar zamanı sanksiyaların ABŞ-ın özü də daxil olmaqla heç kimə müsbət təsirinin olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov liderlərin son sammitinin yekunlarına dair jurnalistlərə məlumat verib.

“ABŞ prezidenti mümkün sanksiyalardan danışdı, Putin isə Rusiyaya lazım olanlardan danışdı. O qeyd etdi ki, sanksiyalar yeni deyil, onlar çoxdan qəbul olunub, amma təəssüf ki, nə Rusiya, nə də ABŞ üçün heç bir müsbət effekt vermir", - deyə Uşakov bildirib.

O əlavə edib ki, Rusiya lideri bununla bağlı “bu cür hərəkətin çox dəqiq nümunəsini” verib. Prezidentin köməkçisi hansı nümunə olduğunu açıqlamayıb, lakin bunun “Bayden üçün başa düşülən” olduğunu qeyd edib. “Düşünürəm ki, Bayden onu başa düşdü”, - deyə Uşakov yekunlaşdırıb.

Baydenin konkret mümkün sanksiyalardan danışarkən hansı sahələri qeyd etməsi ilə bağlı aydınlaşdırıcı sualı cavablandıran Rusiya prezidentinin köməkçisi bunları sadalayıb: “İqtisadiyyat, maliyyə və siyasət”.

“Bu sanksiyaların nəyə görə tətbiq edilməli olduğu bəlli deyil. Putin Baydenə dedi ki, siz bizim başa düşmədiyimiz bir şeydən narahatsınız, amma biz başa düşdüklərimizdən narahatıq. Gəlin görək, bu söhbət konkret hərəkətlərə, konkret addımlara necə çevriləcək”, - deyə prezidentin köməkçisi bildirib.

Uşakovun qeyd edib ki, Bayden ABŞ-ın Rusiya Federasiyasına qarşı mümkün sanksiyaların olacağını qeyd edib, lakin müxtəlif ictimai bəyanatlarda əvvəllər edildiyindən daha məqbul formada.

“Əvvəllər açıq şəkildə deyilənlər və müxtəlif kanallarla bizə çatdırılanlar indi, kifayət qədər məqbul formada, prezident səviyyəsinə deyilib”, - Uşakov qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.