Rusiya Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına yönəlmiş beynəlxalq səyləri alqışlayır – Zaxarova

24-12-2021, 17:39           
Rusiya Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına yönəlmiş beynəlxalq səyləri alqışlayır – Zaxarova
Rusiya Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasına yönəlmiş beynəlxalq səyləri alqışlayır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz 26 noyabr razılaşmalarına əsaslanırıq və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmasına doğru irəliləyirik. Öz tərəfimizdən biz Azərbaycana və Ermənistana məsləhət də daxil olmaqla istənilən dəstəyi göstərməyə hazırıq", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru