"Zəngəzurda normal yol çəkilməsə, İran maşınları azərbaycanlıların nəzarət etdiyi yoldan keçəcək"

5-01-2022, 18:26           
"Zəngəzurda normal yol çəkilməsə, İran maşınları azərbaycanlıların nəzarət etdiyi yoldan keçəcək"
"Qafanda konsulluq açmaq ilk növbədə siyasi əhəmiyyətə malikdir və bu, birbaşa olaraq o barədə danışır ki, İran üçün regionun, xüsusilə də Zəngəzurun vəziyyəti vacib hesab olunur". Ordu.az xəbər verir ki, bunu Tehranda nəşr olunan "Araks" həftəlik qəzetinin redaktoru Movses Keşişyan deyib.

Onun sözlərinə görə, siyasi məsələlər bir müddət öz təsirini göstərə bilər, məsələn, indiyədək Ermənistana türk mallarının idxalı qadağan edilmişdi, amma Yeni ildə qadağa aradan götürülüb.

"Yəni iqtisadiyyat öz qanunlarını diktə edəcək. Siyasət iqtisadiyyata qarşı çıxa bilməz və iqtisadiyyat siyasəti özündən uzaqlaşdıracaq. Bu məsələdə ağıllı davranmasaq, Türkiyə mallarının Ermənistan bazarına daxil olması Ermənistan bazarını alt-üst edə bilər", - deyə Keşişyan qeyd edib.

"Araks" həftəlik qəzetinin redaktoru vurğulayıb ki, Zəngəzurda normal yol çəkilməsə, İran maşınları azərbaycanlıların nəzarət etdiyi yoldan keçəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.