"NATO kompromisə getməyəcək" - Stoltenberq Gürcüstanı inandırır

19-01-2022, 09:09           
"NATO kompromisə getməyəcək" -
NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə görüşü çox məhsuldar oldu, bütün gözləntilər bir daha təsdiqləndi.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani NATO-nun Baş katibi ilə növbəti görüşünü şərh edərkən bildirib.

«Baş katib mövqeyini dəqiq formalaşdırıb ki, NATO qərarını dəyişməyəcək və başlıca prioriteti və qırmızı xətti Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və bizim avroatlantik inteqrasiyamızdır» - Zalkaliani bəyan edib.

Onun sözlərinə görə, NATO-da Rusiya ilə dialoqun davam etdirilməsinə hazırdırlar, istiqamətlər var ki, barəsində danışmaq olar, ancaq Zalkaliani qeyd edib, dəqiq müəyyən olunmuş qırmızı xətt üzrə kompromis olmayacaq.

«Biz, NATO üzrə həmkarlarla koordinasiya şəraitində hər şeyi edəcəyik ki, bu proses zərər görməsin və bizim planladığımız istənilən tədbir vaxtında həyata keçirilsin və uyğun məna tutumlu olsun. Bu, bizə imkan verəcək ki, əhəmiyyətli hiss olunacaq nəticələr əldə olunsun və onları Madrid sammitində həyata keçirək» - Gürcüstanlı nazir bəyan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.