Rusiya - ABŞ danışıqları Cenevrədə davam edəcək

19-01-2022, 09:18           
Rusiya - ABŞ danışıqları Cenevrədə davam edəcək
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Rusiya XİN-in başçısı Sergey Lavrovla görüşəcək.

Bu barədə məlumatı hər iki qurum təsdiqləyib.

Görüşün yanvarın 21-də Blinkenin Ukrayna və Almaniyada keçirilməsi planlaşdırılan danışıqlarından sonra baş tutacağı bildirilib.

Cenevrədə başlıca müzakirə mövzusunun Ukrayna ətrafında baş verən proseslər fonunda Rusiya – Qərb (ABŞ və NATO) gərginliyi olacağı gözlənilir.

Mənbə: “RİA Novosti”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.