Katolikosdan erməni diasporu ilə bağlı AÇIQLAMA: “Məyus olublar”

19-01-2022, 10:23           
Katolikosdan erməni diasporu ilə bağlı AÇIQLAMA: “Məyus olublar”
“Erməni diasporu Ermənistanla bağlı məyusluq yaşamağa başlayıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Kilikiya Evinin katolikosu I Aram “Facebook”da bildirib.

O, 2022-ci ilin diaspor ili elan edilməsinin ciddi səbəbləri olduğunu qeyd edərək, ermənilərin böyük əksəriyyətinin xarici ölkələrdə yaşadığını bildirib.

Onun sözlərinə görə, diaspor “azalmağa və solğunlaşmağa” başlayıb.

“Xüsusilə son bir neçə ildə, ikinci Qarabağ müharibəsindən sonra diaspor özünə qarşı biganəlik nümayiş etdirməyə, Ermənistana münasibətdə məyus olmağa başladı. Gənclər həyatımızdan, ümumi işimizdən, strukturlarımızdan uzaqlaşdı”, - deyə Aram yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru