Paşinyan son qərarı verməkdən niyə qorxur? - Ermənistan nəzarətsiz vəziyyətdə

20-01-2022, 12:58           
Paşinyan son qərarı verməkdən niyə qorxur? -
"Görünür Nikol Paşinyan ölkəsinə nəzarət edə bilmir. Kəlbəcərdəki son təxribatlar belə deməyə əsas verir".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Paşinyan orduya tam nəzarət edə bilmir:

"Paşinyan ordusuna və siyasi meydana nəzarəti əlində saxlaya bilmir. Nəzarət edə bilsəydi yəqin ki, tamamilə fərqli mənəzərənin şahidi olardıq. Görün Ermənistanda vəziyyət nə yerdədir ki, hazırda məhkəmə prosesləri gedir, bu proseslərə həm keçmiş hərbi strukturların rəhbərləri cəlb olunurlar, eyni zamanda hazırda baş qərargah rəsini cinayət işi ilə bağlı dindirirlər. Bu nə deməkdir? O deməkdir ki, Paşinyan orduya tam nəzarət edə bilmir. Belə vəziyyətdə əlbəttə, orduda da hərcmərclik baş verir, kim necə istəyir elə hərəkət edir. Bu gərginlikdən daxili məqsədlər üçün istifadə edirlər, hələ də revanşist qruplar var. O cümlədən orduda və siyasi sfera daxilində revanşist qüvvələr var, müxtəlif əlaqələri var. Bəlkə də Azərbaycanla sərhəddə bu və digər təxribatlar onların sifarişi ilə həyata keçirilir. Bu, ondan xəbər verir ki, Ermənistanda vəziyyət tam olaraq Paşinyanın nəzarətində deyil.

Digər tərəfdən də ölkənin siyasi meydanında və orduda mövcud olan bu cür revanşist, əks cəbhə qüvvələrindən Paşinyan qorxur, bəzi məsələlərdə çəkinir, tərəddüd edir. Nəticə etibarı ilə də iki başlı bəyanatlarla çıxış edir. Çünki Ermənistanda hələ də hərbi çevriliş qorxusu mövcuddur. Hələ saxlanılan şəxslərin cinayət işləri davam etdirilir. Müxtəlif yeni fiqurantlar bu işə cəlb olunurlar. Bu o deməkdir ki, hələ orduda Paşinyanın əleyhinə kifayət qədər çıxış edənlər var. Digər yandan da Paşinyan özü zəif siyasətçi olduğuna görə özü üçün bir konkret xətt müəyyən etməyib, nə nala vurur, nə mıxa. Müxtəlif siyasi baxışların, elektaratın - həm revanşistlərin, həm də sülhə can atanların rəğbətini qazanmaq istəyir. Ona görə də nəticə etibarı ilə bax bu qeyri-müəyyənliyə gətirib çıxarır. Yəni Ermənistanın daxili siyasətində də, xarici siyasi addımlarında da bunu aydın sezmək mümkündür".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.