Duma separatçıların tanınmasını müzakirəyə çıxarır

21-01-2022, 10:05           
Duma separatçıların tanınmasını müzakirəyə çıxarır
Qondarma “donetsk” və “luqansk xalq respublikaları”nın tanınması ilə bağlı Dövlət Dumasının fraksiya rəhbərləri arasında məsləhətləşmələr gələn həftə keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Bununla bağlı gələn həftə fraksiya rəhbərləri ilə məsləhətləşmələr aparmaq və bu təşəbbüsü müzakirə etmək düzgün olardı. Sonra nəticələrə əsasən, məsələyə Dövlət Dumasının Şurasında baxılacaq”, - Volodin bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Dumasının Kommunist Partiyasından olan deputatları Prezident Vladimir Putinə müraciət edərək qondarma “donetsk” və “luqansk xalq respublikaları”nın tanınması məsələsinə baxmağa çağırmışdılar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru