Dünya rus imperializminə qarşı birləşir: ÇEXİYA RUSİYA TƏCAVÜZÜNƏ QARŞI UKRAYNAYA DƏSTƏK VERMƏYƏ HAZIR OLDUĞUNU BƏYAN ETDİ

21-01-2022, 16:17           
Dünya rus imperializminə qarşı birləşir: ÇEXİYA RUSİYA TƏCAVÜZÜNƏ QARŞI UKRAYNAYA DƏSTƏK VERMƏYƏ HAZIR OLDUĞUNU BƏYAN ETDİ
Çexiya Rusiyanın Ukraynaya mümkün müdaxiləsi fonunda Ukraynaya kömək etmək arzusunu ifadə edib və Kiyevə silah, hərbi texnika satmağa, yaxud göndərməyə hazır olduğunu bildirib. Qafqaz.media Çexiyanın “Hospodářské noviny” nəşrinə istinadla bildirir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

"Çexiya tarixən, siyasi və müttəfiqlik baxımından Ukraynanın tərəfindədir. Əgər Ukraynanın köməyə ehtiyacı olarsa, biz əlimizdən gələn köməyi edəcəyik", - Çernoxova bildirib.

Nazirin sözlərinə görə, silahların tədarükü Vışeqrad dördlüyü ölkələri - Almaniya, Avstriya və Baltikyanı ölkələrlə razılaşdırılmalıdır. Çernoxova əlavə edib ki, Ukrayna ona hansı növdə silah-sursata ehtiyacı olduğuna qərar verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru