Bu kəmər siyasi xarakter daşıyırdı, İtaliya imzalamadı

22-01-2022, 12:53           
Bu kəmər siyasi xarakter daşıyırdı, İtaliya imzalamadı
“EastMed” qaz boru kəməri layihəsi əvvəldən siyasi xarakter daşıyırdı.

Axar.az xəbər verir ki, bunu yunan politoloq Evangelos Venizelos ölkə mətbuatın açıqlamasında deyib.

Venizelos Cənubi Kipr, İtaliya və İsrail ilə əldə edilən razılaşmanın Yunanıstan parlamentində böyük səs çoxluğu ilə təsdiqləndiyini xatırladaraq, təəccüblü bir məqama da diqqət çəkib:

“Razılaşmanı göndərdiyi məktubla dəstəklədiyini bildirən İtaliyanın mətndə adı çəkilsə də, imza atmaması maraqlı faktdır. Layihənin həyata keçirilməsi üçün kritik ölkələr siyasi cəhətdən məqbul qəbul etməlidir”. Politoloq sonda qeyd edib ki, Türkiyə-Yunanıstan əlaqələrindəki addımlarımızın yer aldığı strateji çərçivəni yenidən nəzərdən keçirməliyik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru