"Rusiya sivil ölkələr arasından rədd edilmiş olmalıdır" - ABŞ-ın ATƏT-dəki keçmiş nümayəndəsi

23-01-2022, 08:53           
"Rusiya sivil ölkələr arasından rədd edilmiş olmalıdır" -
ABŞ-ın ATƏT-dəki keçmiş daimi nümayəndəsi Ceyms Gilmor Ukrayna ətrafında situasiyanın gərginləşdirilməsi halında Rusiya Federasiyasının bütün beynəlxalq təşkilatlardan çıxarılmasına səy göstərilməsinə çağırıb.

"Rusiya sivil ölkələr arasından rədd edilmiş olmalıdır. Səy göstərilməlidir ki, Rusiya bütün beynəlxalq təşkilatlardan, ATƏT də daxil olmaqla, çıxarılsın. ATƏT Helsinki Sazişinin prinsiplərindən çıxış edir, o cümlədən, tanınmış sərhədləri pozaraq, heç bir ölkə digərinə hücum etmir prinsipini rəhbər tutur. Əgər ATƏT ölkələri Rusiyanı və Belarusun timsalında onun satellitini tərkibindən çıxartmasa, ABŞ onu daha maliyyələşdirməməlidir" - Gilmor hesab edir.

Öz mövqeyini o, "Foreigin Policy" jurnalında dərc olunmuş məqaləsində ifadə edib.

Bundan başqa, keçmiş xüsusi nümayəndə Rusiyaya sanksiya tətbiq edilməsinə çağırıb, həm də hesab edir ki, Ukrayna ilə situasiya fonunda ABŞ üçün Finlandiya və İsveçin NATO-ya aktiv cəlb olunması üçün vaxt çatıb. Ənənəvi olaraq, neytral İsveç və Finlandiya indi başa düşür ki, onları «finlandiyalaşdırma» hədələyir - Gilmor yazır.

Gilmor ABŞ-ın ATƏT-də daimi nümayəndəsi vəzifəsini 2019-2021-ci illərdə daşıyıb. Onu bu vəzifəyə o vaxtkı ABŞ Prezidenti Donald Tramp irəli çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru