Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gələcək

23-01-2022, 09:48           
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gələcək
Avropanın enerji komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycana səfər edəcək. O, Azərbaycanda və ABŞ-da bu mövzuda keçiriləcək konfranslarda iştirak edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropanın enerji komissarı Kadri Simson Fransada qitə ölkələrinin enerji nazirləri ilə görüşdən sonra bildirib.

Tərəfdaş ölkələrlə Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etdiklərini vurğulayan Simson fevralın 4-də Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizi nazirlərinin görüşündə və fevralın 7-də Aİ-ABŞ Enerji Şurasında bu danışıqları davam etdirəcəklərini vurğulayıb. Simson üzv ölkələr arasında həmrəyliyin olması və gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.

"Aİ-də qaz anbarlarının səviyyəsi həmişəki həcmdən əhəmiyyətli dərəcədə aşağıdır", - o deyib.

Qeyd edilir ki, Avropa İttifaqı tərəfdaşları ilə qaz tədarükünün artırılması potensialı barədə danışıqlar aparır. Rusiyadan nəql edilən qazın qıtlığı ilə bağlı Avropada qaz təchizatı böhranı enerji qiymətlərinin artmasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru