Bir sözlə Qazaxstan-II , eyni ssenari, eyni üsul… Və təkcə Ukraynadamı ?

23-01-2022, 15:35           
Bir sözlə Qazaxstan-II , eyni ssenari, eyni üsul…
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynada öz favoritini hakimiyyət başına gətirmək planlarına dair hesabat dərc edib.
Hesabata əsasən Kreml Ali Radanın keçmiş deputatı Yevgeni Murayevi Ukraynanın yeni başçısı etmək üçün bir sıra addımlar atıb.
Yevgeni Murayev iki çağırış 2012 və 2014 cü illər Ukrayna parlamentinin deputatı olub, devrilmiş prezident Viktor Yanukoviçin Regionlar partiyasının keçmiş üzvüdür, hazırda “NAŞI” partiyasının lideridir. 2019-cu ildə parlamentə namizədliyini versə də seçilə bilməyib.
Teref.az yazır ki, bunu politoloq Yeganə Hacıyeva deyib. Daha sonra politoloq deyir:
Murayev Ukraynada Rusiyanın təsir agent mediaları sayılan “NewsOne” və “NAŞ” telekanallarının təsisçisidir.
Dəfələrlə Ukraynanın bloklardan kənar statusu və hakimiyyətin de-mərkəzləşdirilməsi barədə fikirlərini açıqlayıb.
Maraqlıdır ki, Murayev 2018-ci ildən Rusiyanın sanksiyaları altındadır və sanksiyalar da oliqarx Viktor Medvedçukla münaqişəsi ilə bağlayır.
Onun Kremllə yaxınlığı da məhz o vaxtdan başlayıb.
Hesabatda Rusiya xüsusi xidmət orqanları bir çox keçmiş ukraynalı siyasətçilərlə əlaqə olması haqqında məlumatlar var.
Onların arasında Yanukoviçin dövründə baş nazirin müavini işləmiş Sergey Arbuzov və Andrey Klyuyev, milli təhlükəsizlik və müdafiə şurasının keçmiş sədr müavini Vladimir Sivkoviç və keçmiş baş nazir Nikolay Azarov da yer alır.
Hesabata əsasən bir sıra rusiyameyilli ukraynalı siyasətçilər Rusiya kəşfiyyatının hazırda Ukraynaya hücumun planlaşdırılmasında iştirak edən zabitləri ilə təmasdadır.
Bir sözlə Qazaxstan-II , eyni ssenari, eyni üsul…
Və təkcə Ukraynadamı ?
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru