MÜHARİBƏNİN ÜNVANI DƏYİŞDİ! – 4 müttəfiq ölkə Ukraynaya hücuma hazırlaşan Rusiyaya savaş elan etdi

24-01-2022, 00:02           
MÜHARİBƏNİN ÜNVANI DƏYİŞDİ! –
Bəlli olduğu kimi, Ukrayna böhranının həlli üçün ABŞ və Rusiya arasında aparılan danışıqlar hələlik heç bir nəticə verməyib və İngiltərənin şənbə günü axşam verdiyi bəyanat yeni gərginliyi alovlandırıb. Belə ki, London administrasiyası qərb qonşusu Ukraynanı işğal etməyə hazırlaşan Rusiyanın əsas məqsədinin Kiyevdə moskvayönlü siyasi fiquru hakimiyyətə gətirmək olduğunu açıqlayıb.

TEREF.AZ-ın yazdığına görə, Qafqaz.media xəbər verir ki, gözlənildiyi kimi, Rusiya İngiltərəyə sərt cavab verib və Londonun dezinformasiya yaydığını qeyd edib. Moskvanın rəsmi bəyanatında “cəfəngiyyatı dayandırın” ifadəsi yer alıb.



Bütün dünya Rusiyanın hərbi əməliyyata başlamasını gözlədiyi bir vaxtda isə Fransanın “Le Figaro” qəzeti qeyri-adi bir xəbər verib. NATO-nun Baltikyanı ölkələrdə Rusiya ilə müharibəyə hazırlaşdığını bildirən müxbir Nikolas Barot Estoniyada fransız və ingilis tanklarının səhnəyə çıxdığını yazıb.

Rusiya mətbuatında geniş yer alan xəbərlərə görə, NATO təlimlərində raket və tank əleyhinə ağır silahlardan da istifadə olunur.



“Le Figaro” qəzetinin xəbərində Latviyanın kiçik Adazi qəsəbəsindəki bazanın NATO-nun əsas nöqtəsi olduğu vurğulanıb. Hansı ki, Kanada ordusunun komandanlığı altında Latviyada 10 müxtəlif NATO ölkəsinin əsgərləri var.

Digər Baltikyanı ölkədə - Litvada Almaniyanın komandanlığı altında altı ölkənin qoşunları yerləşdirilib.

Polşada isə ABŞ-ın rəhbərliyi altında Britaniya, Rumıniya və Xorvatiya ordularının əsgərləri var.



“Le Figaro” NATO-nun Estoniya, Latviya, Litva və Polşadakı varlığının artdığını bildirərək, məqsədin Baltikyanı ölkələri Rusiyadan qorumaq olduğunu yazıb.

Fransız qəzetinin əhatə etdiyi ölkələr 2016-cı ildə NATO-nun Təkmilləşdirilmiş Qabaqcıl Mövcudluq proqramına daxil edilib.



Xatırladaq ki, 2021-ci ilin yazında Ukrayna sərhədində ilk böyük kütləvi yığıncaq keçirən Rusiya lideri Vladimir Putin, ilin sonuna yaxın sərhədə yenidən 100 min nəfərdən çox əsgər göndərdi və birdən NATO-dan yeni təhlükəsizlik zəmanətləri tələb etdi. Moskvanın israrla yazılı cavab gözlədiyi tələblər arasında NATO qoşunlarının keçmiş Sovet İttifaqı ölkələrindən çıxarılması da var. ABŞ və müttəfiqləri Putinin tələblərini açıq şəkildə rədd ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru