"Paşinyanın irəli sürdüyü namizəd prezident seçiləcək"

24-01-2022, 09:17           
"Paşinyanın irəli sürdüyü namizəd prezident seçiləcək"
"Ermənistan Konstitusiyasına görə prezident istefa verərsə onun səlahiyyətləri müvəqqəti olaraq parlamentin sədrinə keçir. Prezident parlamentdə seçilir. Səvermənin birinci turunda prezident seçilmək üçün namizədin deputatların dörddə üçünün səsini alması lazımdır. Əgər prezidenti birinci turda seçmək mümkün olmazsa ikinci tur səsvermə keçirilir və deputatların ümumi səslərinin beşdə üç səsini alan dövlət başçısı seçilir. Prezidenti ikinci turda da seçmək mümkün olmazsa üçüncü tur səsvermə keçirilir və bu zaman sadə səs çoxluğu əldə edən namizəd dövlət başçısı seçilir. Yəni hardan baxsan Nikol Paşinyanın irəli sürdüyü namizəd prezident seçiləcək".

Pravda.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Nikol Paşinyan ona mane olan ombudsmanı da gələn ay istədiyi namizədlə dəyişəcək: "Ancaq müxalifət sakit dayanan deyil, seçkilərin nəticələrinə təsir edə bilməsə də, Paşinyana problemlər yaratmağa çalışacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.