“Qarabağın azad edilməsi Xameneyini sevindirib” - BAŞ QƏRARGAH RƏİSİ

25-01-2022, 18:32           
“Qarabağın azad edilməsi Xameneyini sevindirib” -
“Qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək və hər növ işğalçılığa qarşı olmaq İranın xarici siyasətinin əsasını təşkil edir”.

Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə deyib.

O bildirib ki, İran və Azərbaycan tarix, din, dil və məzhəb baxımından bir-birinə yaxındırlar və möhkəm bağlara sahibdirlər: “Ümid edirəm sizin səfəriniz iki ölkə arasında əlaqələrin, xüsusi ilə hərbi, texniki və müdafiə sahəsindəki əlaqələrin möhkəmləndirilməsi, inkişaf etdirilməsi üçün əlverişli imkan yaradacaq. Biz həmişə azərbaycanlı qardaşlarımızı görməkdən məmnunuq. Çünki İran xalqı Azərbaycanın qardaş xalqını özünə daha yaxın hiss edir”.

M. Baqiri vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin uzun illərdən sonra azad olunması İranın Ali Rəhbərinin və İran xalqının sevincinə səbəb olub.

“Biz Azərbaycan Respublikasının ərazi bütövlüyünə ölkəmizin ərazi bütövlüyünə qarşı həssas olduğumuz qədər həssasıq”, - iranlı general vurğulayıb./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru