NATO həftənin sonuna qədər Rusiyanın təkliflərinə cavab göndərəcək

26-01-2022, 09:11           
NATO həftənin sonuna qədər Rusiyanın təkliflərinə cavab göndərəcək
“NATO ABŞ-la paralel olaraq Rusiyanın təhlükəsizliyin təminatı sazişi layihələrinə cavablarını göndərəcək”.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “CNN” kanalının efirində bildirib.

“NATO-nun yazılı sənədinin hazırlanmasını yekunlaşdırırıq. Sənədi bu həftənin sonunda göndərəcəyik. Biz bunu ABŞ-la paralel edəcəyik” - deyə Yens Stoltenberq bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Sənədlər Vaşinqtona və onun müttəfiqlərinə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru