Kalininqrad NATO-nun kürəyindəki xəncərdir: onu necə "zərərsizləşdirmək" olar?

27-01-2022, 00:07           
Kalininqrad NATO-nun kürəyindəki xəncərdir:
Rusiyanın Venesueladakı hərbi bazaları və Rusiya Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayıqlarının Kubada yerləşdirilməsi barədə məlumatların sızması təsadüfi görünmür.
ABŞ və NATO-nun Şərqi Avropadakı arqessiv planları Rusiyanın müdafiə qabiliyyətinin sarsılmaz divarına dəyir. Vaşinqton və Brüssel müasir reallıqdan kənarda qalır. Qərbin Rusiya ilə bağlı siyasəti "tərəfdaşları" geosiyasi intihara sürükləyir.
Tərəflərin bərabərliyi prinsipləri əsasında qlobal təhlükəsizliyin möhkəmləndirilməsi üçün Moskvanın təklif etdiyi konstruktiv və strukturlaşdırılmış plan əvəzinə amerikalılar və onların avropalı tərəfdaşları Rusiyanın Baltikyanıdan Qara dənizə qədər geniş cəbhədə reallıqdan uzaqlaşan hərbi təzyiq variantlarını hazırlayırlar. Sanki Rusiyanın müharibədə hipotetik məğlubiyyəti ABŞ və digər NATO ölkələrinin avtomatik məhv edilməsi demək deyil.
Qaçılmazlıq parametrlərini xatırlatmaq istərdim - Nüvə (silahının tətbiqindən) çəkindirmə üzrə Dövlət Siyasətinin (strategiyasının) Əsaslarının 17-ci bəndi: "Rusiya Federasiyası ona və (və ya) müttəfiqlərinə qarşı nüvə və digər kütləvi silah növlərinin tətbiqi zamanı cavab hüququnu özündə saxlayır. Nüvə silahının tətbiqi haqqında qərarı Rusiya Federasiyasının prezidenti verir". Tamamilə "qeyri-demokratik", ancaq operativ və effektivdir.
Belə görünür ki, Rusiya ilə istənilən müharibədə mütləq məğlubiyyət indiki vəziyyətdə Qərb strateqləri və siyasətçilərini öz xoşları ilə geriyə, NATO-nun təhlükəsiz ömür sürdüyü 1997-ci ilə çəkilməyə, məsələlərin sülh yolu ilə həlli üçün variantlar axtarmağa sövq etməlidir. Ancaq nəsə adekvat reaksiyaya imkan vermir. 2021-ci ilin avqustunda Əfqanıstan taliblərindən "təpik" almasının əvəzini ABŞ bu gün yüksək texnologiya, nüvə fövqəldövləti olan Rusiya ilə müharibə üçün peyklərini və limitroflarını səfərbər edərək, Şərqi Avropada çıxmağa çalışır.
ABŞ analitikləri Litva və Polşa qoşunları tərəfindən Kalininqradın "zərərsizləşdirilməsi" planlarını yaradırlar. Varşava və Vilnüs Vaşinqtonun maraqları uğrunda qəhrəmanlıqla vuruşmağa və ölməyə hazır deyillər.
Onlar Moskva və Minsklə birbaşa hərbi qarşıdurmaya girmədən "Ukrayna cəbhəsi"ndə hərbi bəyanatlarla və ABŞ istehsalı olan yüngül silahlarla kömək etməyə üstünlük verirlər. Öz növbəsində zəif Kiyev rejimi amerikalıları və qərbi avropalıları Rusiya ilə müharibəyə cəlb etməyə ümid edir. Belə bir oyunbazlıq təhlükəlidir, Şimali Amerika və Avropada milyonlarla insanın ölümünə səbəb ola bilər.
"Görünməmiş imkanlar"
19-21 yanvar tarixlərində NATO-nun xarici ekspertlərindən ibarət qrup Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəd olan Litvada fəaliyyət göstərib. Böyük tərəfdaşlar milli müdafiə sisteminin tərəqqisini qiymətləndirdilər və Litvanın hərbi xərclərinin "ÜDM-in 2 faizindən çoxu" səviyyəsinə çatdırılmasının vacibliyini vurğuladılar. Müdafiə naziri Arvidas Anuşauskas yekunlaşdırıb: "Litva silahlı qüvvələri xeyli gücləndirib... Ordumuz NATO-nun yüksək tələblərinə cavab verir. Müasir silahların alınması onlara görünməmiş imkanlar verib".
Əslində, Litva müttəfiq (xarici) qoşunlar üçün ən yaxşı şəraiti təmin etmək üçün öz təlim poliqonlarını genişləndirməyə və inkişaf etdirməyə davam edir. Bir dənə də olsun tankı, raket gəmisi və ya zərbə endirən təyyarəsi olmayan silahlı qüvvələrin "görünməmiş imkanları" açıq-aşkar şişirtmədir. Hərbi gücə görə dünya reytinqində Litva 140 ölkə arasında 85-ci yerdədir.
NATO-nun şərq cinahında milli silahlı qüvvələr (16.000 döyüşçü) müstəqil olaraq ciddi döyüş tapşırıqlarını həll edə bilmir. Litva texnoloji cəhətdən Kalininqrad vilayətinə belə qüvvələrlə, hətta Polşa ordusunun dəstəyi ilə də hücum etmək iqtidarında deyil. İstənilən cəhd Rusiya tərəfindən ilk saatlarda yatırılacaq, 2008-ci ilin "Gürcüstan" ssenarisindəki kimi təcavüzkar ölkənin hərbi infrastrukturu sistemli şəkildə havadan məhv ediləcək. Heç kim heç nə edə bilməz.
Estoniyadakı ingilis və fransız bölmələri Sankt-Peterburqdan yürüş məsafəsindədirlər, ancaq silahlı münaqişə vəziyyətində xarici qoşunların qabaqcıl bölmələri ilk növbədə qaçacaqlar (Baltika Dünkerki).
Kalininqrad NATO-nun kürəkləri arasındakı xəncərə bənzəyir. Burada dərin eşelonlaşdırılmış, sıx hava hücumundan müdafiə sistemi yaradılıb, Baltik donanması (raket gəmiləri və sualtı qayıqlar, dəniz aviasiyası və tank alayı), güclü raket briqadaları, zərbə endirən aviasiya alayları, ordu korpusu yerləşdirilib.
ABŞ-a və onun müttəfiqlərinə "Patriot" zenit-raket kompleksinin, "M1 Abrams" tanklarının və "F-35" "gözəgörünməzlərinin" (bu silahların yüksək effektivliyi döyüş şəraitində heç vaxt sübut olunmayıb) ehtimal olunan yerləşdirilməsi ilə Baltik regionunda güc nisbətini dəyişdirməyə imkan verilmir.
Berlində, Stokholmda və Helsinkidə bunu yaxşı başa düşürlər: almanlar Rusiya ilə müharibəyə tələsmirlər və Ukraynaya silah tədarük etməyə hazır deyillər, isveçlilər və finlər NATO-ya daxil olmaq niyyətində deyillər (baxmayaraq ki, amerikalılar israrla onları bu tələyə salmağa dəvət edirlər).
Verbal döyüşən Varşava tərəddüd edir, çünki "Rusiyanın bütün sahilləri raket briqadaları ilə etibarlı şəkildə qorunur" və Rusiyanın zərbə gəmiləri və təyyarələri isə Avropadakı istənilən düşməni tez (yüksək dəqiqliklə) məhv edə bilər.
NATO Baltika regionunda ciddi nəticələrsiz yalnız hərbi fəallığı təqlid edə bilər (təlimlər, patrullar, növbətçi dəstə), ancaq bu "qılınclarla rəqs" də qadağaya çevrilir. "Rusiya işğalı" ilə bağlı süni çaxnaşmalara baxmayaraq, Pentaqon ABŞ-ın Avropadakı hərbi mövcudluğunu artırmaq üçün müttəfiqlərdən "konkret sorğular" almayıb.
Rusiya "tərəfdaşları" sülhə məcbur edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 21-də bildirib ki, NATO-nun xarici hərbi kontingentləri Bolqarıstan və Rumıniyanı tərk etməlidirlər. Bu aydın siqnal (təhlükəsizlik alqoritmi) tam olaraq Baltikyanı ölkələrə və 1996-cı ildən sonra alyansa qəbul edilmiş digər doqquz dövlətə (Macarıstan, Polşa, Çexiya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya) aiddir.
Qeyd edək ki, Rusiya postsovet məkanı ölkələrinin suverenliyinə, ərazisinə iddia etmir və yalnız hamı üçün (ABŞ da daxil olmaqla) bərabər, bölünməz təhlükəsizlikdən narahatdır. "Der Spiegel" jurnalı Rusiyanın NATO-nun geniş cəbhəsinə ehtimal edilən zərbələrin endirilməsi barədə məlumat verdikdə başa düşmək lazımdır ki, belə reaksiya yalnız ABŞ və alyansın birbaşa və ya hibrid təcavüzünə cavab ola bilər.
Rusiya Silahlı Qüvvələrinin texnoloji potensialı və döyüş hazırlığının dərəcəsi həm cəbhədə, həm də böyük dərinliklərdə zərbə endirməyə imkan verir. Məsələn, Rusiya Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələri İngiltərə və İrlandiya yaxınlığında praktiki raket buraxılışlarına və bomba hücumlarına hazırlaşırlar - manevrlər fevralın əvvəlində Kork qraflığının sahillərindən 240 km cənub-qərbdə baş tutacaq.
Bunun fonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu təhlükəsizliyin aktual problemlərini müzakirə etmək üçün ingilis həmkarı Ben Uollesi Moskvaya dəvət edib.
Rusiya yanvar-fevral aylarında bütün donanmalarının, flotiliyalarının - 140-dan çox döyüş gəmisi və sualtı qayıqlarının iştirakı ilə Dünya Okeanında genişmiqyaslı təlimlərin keçiriləcəyini elan edib. Rusiyanın diplomatik inamla və "tərəfdaşları" hərbi yolla sülhə məcbur etmək üçün nə qədər imkanı olduğunu heç kim bilmir, ancaq Kremldə sözləri boşa demirlər.
Rusiya şərtləri əsasında sülh müqaviləsi layihəsi ABŞ və NATO-nun müqavimətinə baxmayaraq, bu və ya digər şəkildə qarşıya qoyulmuş məqsədə çatmaq üçün qəbul edilmiş şüurlu zərurət və texnoloji imkandır.
Rusiyanın hərbi-siyasi çoxşaxələnməsi müttəfiqlərin köməyi ilə daha effektli olur. Belə ki, "İttifaq qətiyyəti-2022" birgə təlimləri ərəfəsində Belarus öz ərazisinə xeyli sayda Rusiya qoşunu və silah-sursat yerləşdirir – ötən həftə ərzində buraya 33 eşelon gəlib.
Minsk NATO-nun ürəyindəki "ikinci xəncər"ə çevrilir - S-400 "Triumf" zenit raket kompleksinin divizionları və "Pantsir-S" zenit-raket-top kompleksi, "İsgəndər-M" əməliyyat-taktiki raket kompleksi və 12 ədəd ağır "Su-35S" qırıcı təyyarəsi Belarusa çatdırılır.
Təlimlərin məğzi xarici təcavüzün birgə əksidir. Qoşunların praktiki hərəkətləri 10-20 fevral tarixlərində Domanovo, Obuz-Lesnovo, Qoj, Brest, Osipov poliqonlarını və Baranoviçi, Maçulişçi, Luninets, Lida aerodromlarını əhatə edəcək. Və bu, monolit İttifaq Dövlətinin Avropa hərbi əməliyyat teatrında NATO-nun parçalanmış və rəngarəng "komandası" üzərində ümumi hərbi üstünlüyün dürüst nümayişidir.
ABŞ-ın materik ərazisinə yaxın müttəfiq dövlətlərlə qarşılıqlı əlaqə seçimləri ayrı bir mövzudur, ancaq Rusiyanın Venesueladakı hərbi bazaları və Rusiya Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayıqlarının Kubada yerləşdirilməsi barədə məlumatların sızması təsadüfi görünmür.
Qlobal turbulentlik şəraitində amerikalılar Vyanada təhlükəsizlik danışıqlarını gecikdirməyə və onların məzmununu dəyişdirməyə çalışırlar. "Atlantico" nəşri kədərli proqnoz verir: "Qərb ABŞ rəhbərliyi altında... düzəlməz şəkildə geosiyasi intihara doğru irəliləyir. Onun tarixi və coğrafi həqiqətləri inkar etməsi və digər fəaliyyət göstərən şəxslərin maraqlarına hörmətsizliyi yalnız özünə qarşı çevrilə bilər". Buna nəsə əlavə etmək çətindir.
Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov yanvarın 23-də bildirib ki, Rusiya öz təhlükəsizlik təkliflərinə ABŞ və NATO-dan sonsuza qədər cavab gözləməyəcək, ancaq Qərb Moskvanın tələblərinə məhəl qoymasa, o zaman Rusiya Avropada təhlükəsizliyini digər vasitələrlə müdafiə edəcək.
Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov vurğulayıb ki, əgər Moskva Qərbin təhlükəsizlik zəmanətlərinə ilə bağlı cavabından məyus olsa, ciddi siyasi qərarlar qəbul etməli olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.