"Rusiya-Ukrayna müharibəsinə hazır olun" - Slovakiya Prezidenti

27-01-2022, 08:48           
"Rusiya-Ukrayna müharibəsinə hazır olun" -
Slovakiya Ukraynada situasiyanın istənilən inkişaf variantına hazırlaşmalıdır.

Bu barədə yanvarın 25-də bu ölkənin Prezidenti Zuzana Çaputova bəyan edib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə onun yeganə yaxşı üsul hesab etdiyi diplomatik səylər vəziyyətin yaxşılaşmasına gətirməyib. Bununla əlaqədar olaraq, Çaputova qeyd edib ki, Rusiya ilə dialoqu düzgün və lazımlı hesab edir.

«Rusiya ilə dialoqu lazımlı və düzgün hesab edirəm. Biz, vahid məkanı bölüşürük - Avropa qitəsi, hansı ki, biz hamımız, kiçik və böyük dövlətlər, bundan sonra da təhlükəsizikdə yaşamaq istəyirik… Şimali Atlantika Alyansının və Avroittifaqın addımlarını dəstəkləyirəm. Bu - Rusiya ilə dialoqun davamıdır, bir tərəfdən, o biri tərəfdən isə Ukraynanın dəstəklənməsi və onun müdafiə qabiliyyətinin möhkəmləndirilməsidir» - o, qeyd edib.

Eyni zamanda, slovak lider qeyd edib ki, hələ bu dialoq gərginliyin azaldılmasına gətirməyib, əksinə. Bununla əlaqədar o, xatırladıb ki, təhlükəsizlik üzrə öz tələblərində Rusiya Ukraynanın suverenliyini, Şərqi Avropada NATO-nun hərbi iştirakının məhdudlaşdırılmasını göstərib, başqa sözlə, de-fakto 1997-ci il vəziyyətinə qayıdışı israr edir.

Ona görə də Çaputova Slovakiyanı Rusiyanın Ukraynaya soxulmasına hazırlaşmağa, başqa sözlə, nəinki dövlətin anti-böhran idarəçiliyi və müdafiə qabiliyyətinə yenidən baxmağa, həm də Ukraynanın müttəfiq və həmkarlarla dəstək və əlaqələrini gücləndirməyə çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.