“Müharibə dövründə İsrail ABŞ-ın Azərbaycana silah göndərməməklə bağlı xahişini rədd edib" - Maykl Doran

27-01-2022, 17:18           
“Müharibə dövründə İsrail ABŞ-ın Azərbaycana silah göndərməməklə bağlı xahişini rədd edib" - Maykl Doran
İkinci Qarabağ müharibəsi zamanı ABŞ İsraildən Azərbaycana silah göndərilməsinin dayandırılmasını xahiş edib və rədd cavabı alıb.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalında dərc olunan məqaləsində amerikalı analitik Maykl Doran yazıb.

“Rəsmi Vaşinqton müharibənin ilkin mərhələsində proseslərdə tam iştirak etməsə də, dostlarının anlaşılmazlığına yol açan mövqe nümayiş etdirirdi. Müharibə ilə bağlı birbaşa məlumatlı olan İsrail hökumətinin yüksəkrütbəli məmuru mənə dedi ki, döyüşlər zamanı Ağ evin yüksəkvəzifəli rəsmisi ona zəng edərək israillilərdən Azərbaycan Ordusunun təchiz edilməsini dayandırmağı xahiş edib. İsrail rəsmisi nəzakətlə xahişi rədd edib və amerikalıya izah edib ki, müttəfiqlər müharibənin ortasında bir-birilərini atmırlar. Ağ evin rəsmisi məsələni bir daha gündəmə gətirməyib”, - M.Doran bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru