Çin-dən ABŞ-a rəsmi etiraz: Qış Olimpiya Oyunlarına müdaxiləni dayandırın

28-01-2022, 09:14           
Çin-dən ABŞ-a rəsmi etiraz: Qış Olimpiya Oyunlarına müdaxiləni dayandırın
Çin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, Birləşmiş Ştatlar Pekin Qış Olimpiya Oyunlarına müdaxilə cəhdlərini dayandırmalıdır.

“Hazırda ən əhəmiyyətli məsələ ABŞ tərəfinin Pekin Qış Olimpiya Oyunlarına müdaxiləni dayandırmasıdır”, - deyə Çin XİN başçısı bildirib.

Qeyd edək ki, ABŞ Çində milli azlıqların hüquqlarının pozulmasını əsas gətirərək Qış Olimpiadasını boykot etdiyini açıqlamışdı.

Xatırladaq ki, Pekin Olimpiadası fevralın 4-dən 20-dək keçiriləcək.

Mənbə: MK












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru