“Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə “Şimal axını-2” dayandırılacaq" VİKTORİYA NULAND

28-01-2022, 10:15           
“Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə “Şimal axını-2” dayandırılacaq" VİKTORİYA NULAND
“Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə “Şimal axını-2” boru kəməri layihəsi dayandırılacaq”. Bu barədə cümə axşamı ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland jurnalistlərə açıqlamasında bildirib.

“Biz alman müttəfiqlərimizlə çox yaxın və aydın danışıqlarımızı davam etdiririk. Və bu gün mən sizinlə səmimi olmaq istəyirəm: Rusiya Ukraynaya müdaxilə edərsə, bu və ya digər şəkildə "Şimal axını-2" dayandırılacaq”, - deyə Nurland vurğulayıb.

O bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna ətrafında gərginliyin artacağı təqdirdə Rusiyaya "tez və sərt" cavab vermək istəyində yekdildir: “ABŞ-ın Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabı ayrı-ayrı ölkələr, o cümlədən Ukrayna, həmçinin NATO üzvləri, habelə ATƏT tərəfdaşları ilə məsləhətləşmələr nəticəsində formalaşıb. Prezident Baydenin bu həftənin əvvəlində dediyi kimi, biz diplomatiyaya üstünlük verməkdə yekdilik. Amma biz həm də inanırıq ki, Rusiya dialoq çağırışımızı rədd edərsə, tez və sərt hesablaşma aparılacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.