Putin: “ABŞ və NATO bizim fundamental narahatlıqlarımıza məhəl qoymadı”

28-01-2022, 23:09           
Putin: “ABŞ və NATO bizim fundamental narahatlıqlarımıza məhəl qoymadı”
ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə verdiyi cavablar Rusiyanın heç bir fundamental narahatlıqlarını nəzərə almayıb.

Ovqat.com-un məlumatına görə, Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla söhbətində belə deyib.

O qeyd edib ki, Rusiya tərəfi alınan cavabları diqqətlə öyrənəcək və bundan sonra gələcək addımlar barədə qərar verəcək.

“Eyni zamanda, Prezident Putin bildirib ki, Amerika və NATO-nun cavablarında Rusiyanın NATO-nun genişlənməsinin qarşısını almaq, Rusiya sərhədləri yaxınlığında zərbə silah sistemlərini yerləşdirməkdən imtina etmək, eləcə də blokun hərbi qüvvələrini Rusiya-NATO-nun 1997-ci ildə imzalandıqları təsis aktında göstərilən Avropadakı potensial və fundamental mövqelərinə geri qaytarmaq kimi əsas narahatlıqlarını nəzərə almadığına diqqət çəkilib”, - Kremlin saytında deyilir.

Putin həmçinin qeyd edib ki, ABŞ və NATO-nun cavabı ATƏT və Rusiya-NATO-nun əsas sənədlərində təsbit olunmuş təhlükəsizliyin bölünməzliyi prinsipinə necə əməl etmək niyyətində olduqlarına dair əsas suala məhəl qoymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru