"Saakaşvilinin əfvi ölkədəki vəziyyəti pisləşdirəcək" - Gürcüstan Prezidenti

29-01-2022, 00:02           
"Saakaşvilinin əfvi ölkədəki vəziyyəti pisləşdirəcək" - Gürcüstan Prezidenti
"Eks-prezident Mixeil Saakaşvilinin əfvi Gürcüstandakı vəziyyəti yalnız pisləşdirəcək". “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili jurnalistlərlə görüşdə deyib.

"Əminəm ki, Saakaşvilinin əfv edilməsi Gürcüstanda qütbləşmənin aradan qaldırılmasına deyil, dərinləşməsinə səbəb olacaq", - dövlət başçısı qeyd edib.

S.Zurabişvilinin sözlərinə görə, sabiq prezidentin Gürüstana dönməsi qütbləşməyə aparan addımlardan biri olub: "Mən əlavə qütbləşməyə gətirib çıxaracaq heç nə etməyəcəyəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru