"UTANC VƏ RÜSVAYÇILIQ..." - Nikki Heyli

29-01-2022, 09:19           
"UTANC VƏ RÜSVAYÇILIQ..." -
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harris istefaya getməlidirlər, nədən ki, onların xarici siyasəti Amerikaya utancdan başqa heç nə gətirmir.

Bu barədə ABŞ-nın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli bəyan edib. Xəbəri «Fox News» yayıb.

Heylinin fikrincə, ötən həftə Baydenin keçirdiyi mətbuat konfransı "sonuncu damla" olub. O zaman Amerika lideri işarə edib ki, Rusiyanın Ukraynaya «əhəmiyyətsiz» (yüngülvari) soxulması halında mümkündür ki, ABŞ cavabdan daşınsın.

«Baydenin mətbuat konfransını dinləmək - bu, gerçək utancdır, çünki hərfi mənada, öz kartlarını açmaq olmaz, xüsusilə də əgər bizim əlimizdə heç nə yoxdursa. Amma o, məhz elə də davrandı» - Heyli bəyan edib.

Rusiyaya yönəlik ABŞ-ın siyasətini müzakirə edərkən, eks-daimi nümayəndə qeyd edib ki, «əgər Bayden öz vətənini sevsəydi», o zaman o və Harris öz postlarını tərk edərdilər.

«Doğrusunu desəm - bizim ölkəmizin rifahı naminə - əgər Bayden onu sevsəydi, o zaman istefaya gedərdi və Kamalanı da özü ilə götürərdi. Çünki xarici siyasi situasiya sadə təhlükəli deyil. Anlayırsınızmı, nə vaxt ki, güclü Amerika yoxdur, dünyada təhlükəsizlik də yoxdur. Və biz, tədricən buna doğru gedirik. Mənim yeganə ümidim və mən ona dualar edirəm ki, onlar bu barədə düşünsünlər və anlansınlar ki, burada söhbət təkcə Amerikadan getmir, NATO-dan getmir. Söhbət bizim hamımızdan gedir. Təhlükəsizlikdən. Gücdən. Söhbət azadlığın qələbəsindən gedir» - Heyli bəyan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.