"Ehtiyac olacağı təqdirdə Çin Qazaxıstana istənilən köməyi edəcək" - ÇXR səfiri

29-01-2022, 09:18           
"Ehtiyac olacağı təqdirdə Çin Qazaxıstana istənilən köməyi edəcək" - ÇXR səfiri
Çin Qazaxıstanın etibarlı həmkarı olaraq qalır və həmişə ona lazımı köməyi və dəstəyi göstərəcək.

Bu barədə ÇXR səfiri Çjan Syao bəyan edib. Xəbəri yanvarın 28-də Qazaxıstan Baş nazirinin mətbuat xidməti yayıb.

Diplomat bu bəyanatı Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyala görüşü zamanı səsləndirib.

«Çjan Syao qeyd edib ki, Qazaxıstanla əməkdaşlıq Çinin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Səfir bəyan edib ki, Qazaxıstanın yaxın qonşusu və dost olaraq, heç bir riskə və çağırışa baxmayaraq, Çin etibarlı həmkar olaraq qalır və Qazaxıstan tərəfə lazımı dəstəyi göstərməyə hazırdır» - xəbərdə deyilir.

Mətbuat xidməti məlumat verir ki, dialoqun gedişində ikitərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru