Britaniya Rusiyanı dayandırmaq üçün hərbi plan hazırladı

29-01-2022, 12:07           
Britaniya Rusiyanı dayandırmaq üçün hərbi plan hazırladı
Britaniya Baş naziri Boris Conson Ukrayna ətrafındakı situasiya ilə bağlı Rusiyanın dayandırılması üçün ali hərbi rəhbərliyin hazırladığı təkliflərə həftə sonu baxacaq.

Axar.az xəbər verir ki, belə bir iddianı mediaya Britaniya hakimiyyətinə yaxın mənbə deyib.

İddia edilib ki, təkliflərdə NATO-nun yeni qüvvələrinin yerləşdirilməsi də əksini tapıb:

“Ötən həftə yüksək səviyyəli iclas zamanı Boris Conson Müdafiə Nazirliyi və xüsusi xidmət orqanı rəhbərliyindən Avropanın müdafiəsi ilə bağlı hərbi variant hazırlamağı xahiş edib. Ali hərbi rəhbərlik Rusiyanın regiona aqressiyasına qarşı bir neçə variant hazırlayıb. Bu variantlar içərisində NATO müdafiə sisteminin gücləndirilməsi üçün texnika və şəxsi heyətin göndərilməsi də var. Baş nazir bu variantlara həftə sonu baxacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru