ABŞ-dan Rusiyaya mesaj: NATO qüvvələri cavab verəcək!

29-01-2022, 12:53           
ABŞ-dan Rusiyaya mesaj: NATO qüvvələri cavab verəcək!
Rusiyanın Ukrayna ilə sərhəddəki qoşunlarının sayının artırması son dövrlərdə görünməmiş hadisədir.

Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun Baş Qərargah rəisi Mark Milley deyib.

“Hazırda vəziyyət Soyuq müharibə dövründə olduğu kimidir”, - Milley bildirib.

Baş Qərargah rəisi qeyd edib ki, ABŞ Ukraynaya hərbi texnika dəstəyini davam etdirəcək:

“Rusiya NATO ölkələrindən hər hansı birinə müdaxilə edərsə, onlara güclü NATO qüvvələri tərəfindən cavab veriləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru