Kreml Pekində Putin-Zelenski görüşünün mümkünlüyü barədə

29-01-2022, 18:09           
Kreml Pekində Putin-Zelenski görüşünün mümkünlüyü barədə
"Olimpiya Oyunlarında iştirak etmək üçün Çinə səfər edəcək Rusiya Prezidenti Vladimir Putin koronavirus məhdudiyyətlərinə görə heç bir ikitərəfli görüş planlaşdırmır". AzVision.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Putinin Ukrayna prezident Vladimir Zelenski ilə də görüş planı yoxdur, lakin bunu tamamilə istisna etmək olmaz.

"Kovid məhdudiyyətlərinə görə ikitərəfli görüşlər planlaşdırılmır. Zelenski ilə də görüş nəzərdə tutulmayıb. Baxmayaraq ki, biz bunu tamamilə istisna edə bilmərik", - Peskov bildirib.

Rusiya liderinin Pekində Si Cinpinlə ikitərəfli danışıqlar aparması və Oyunların açılış mərasimində iştirakı planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru