RUSİYA UKRAYNAYA QARŞI BU SİLAHLARDAN İSTİFADƏ EDƏCƏK... - Qərb mediası rus hərbi texnikasının peyk görüntülərini yaydı

30-01-2022, 00:04           
RUSİYA UKRAYNAYA QARŞI BU SİLAHLARDAN İSTİFADƏ EDƏCƏK... - Qərb mediası rus hərbi texnikasının peyk görüntülərini yaydı
Rusiya tank və artilleriyadan tutmuş sursat və hava gücünə qədər hər şeylə təchiz olunmuş 100 000-ə yaxın əsgərini Ukrayna sərhədinə köçürüb, lakin işğal planlaşdırdığını inkar edir.

Hərəkətdə olan qoşunlar

Təxminən 35 min rusiyalı hərbçi nizami olaraq Ukrayna ərazisi yaxınlığında yerləşdirilib.

Çərşənbə günü Rusiya Müdafiə Nazirliyi Ukrayna sərhədinə yaxın Rostovda təlim meydançasına gedən hərbi birliklərin şəkillərini yayıb.

Rusiyanın Uzaq Şərqindən yeni gələn bəzi birliklər 6 min kilometrdən çox məsafə qət edib.

Hərbi birliklər Ukrayna sərhədinə yaxın Rostovda təlim meydançasına yollanır

Əksər hesablamalara görə, Ukrayna ətrafında - ölkənin şimalında, cənubunda və şərqində yerləşdirilən rus qoşunlarının sayı 100 minə yaxındır.

Lakin CNN tərəfindən bildirilən bir Ukrayna qiymətləndirməsinə əsasən, orada 106 min quru qoşunu, 21 min donanma və hava qüvvələri var.

Çərşənbə axşamı Böyük Britaniyanın Baş naziri Boris Johnson deyib: "Kəşfiyyatdan aydın olur ki, Ukrayna sərhədlərində 60 rus döyüş qrupu var," bu da mövcud sayın təxminən üçdə birini təşkil edir.

Nizami rus qoşunlarından əlavə Ukraynanın Luqansk və Donetsk vilayətlərində 15 minə yaxın rusiyalı separatçının olduğu güman edilir.
Rusiyanın Uzaq Şərqindən yeni gələn bəzi birliklər 6 min kilometrdən çox məsafə qət edib.

Əksər hesablamalara görə, Ukrayna ətrafında - ölkənin şimalında, cənubunda və şərqində yerləşdirilən rus qoşunlarının sayı 100 minə yaxındır.

Lakin CNN tərəfindən bildirilən bir Ukrayna qiymətləndirməsinə əsasən, orada 106 min quru qoşunu, 21 min donanma və hava qüvvələri var.

Çərşənbə axşamı Böyük Britaniyanın Baş naziri Boris Johnson deyib: "Kəşfiyyatdan aydın olur ki, Ukrayna sərhədlərində 60 rus döyüş qrupu var," bu da mövcud sayın təxminən üçdə birini təşkil edir.

Nizami rus qoşunlarından əlavə Ukraynanın Luqansk və Donetsk vilayətlərində 15 minə yaxın rusiyalı separatçının olduğu güman edilir.

Yuxarıdan görünüş

Lakin bəzi Qərb analitiklərinə görə, Rusiyanın quruya hücum üçün lazım olan hər şeyi topladığı aydın deyil.

Onlar bəzi ərazilərdə tam heyətlə təchiz olunmuş səyyar səhra xəstəxanalarının olmamasına işarə edirlər.

Onlar deyirlər ki, tibb işçilərinin gəlişi hücum hazırlığının göstəricisi ola bilər.

Zirehli maşınları formalarına görə tanımaq olar. Təkər izləri və ya palçıq hərəkətdə olan nəqliyyat vasitələrini göstərir.

Daimi yerləşdirilmiş və yeni gələn hissələr
Belarusda toplanış
Pik həddinin fevralın 10-dan 20-nə qədər davam edəcəyi gözlənilən birgə hərbi təlimlər üçün bir neçə minlik Rusiya qüvvələri Belarusa köçürülüb.

Ölkə lideri Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putini dəstəkləyir.

Ukraynanın paytaxtı Kiyev Belarus sərhədindən 150 km-dən az məsafədə yerləşir.

Qərb müşahidəçiləri isə deyirlər ki, "Allied Resolve" (Müttəfiq Qərar) adlı təlim Ukraynaya qarşı missiyanı məşq etmək imkanı verə bilər.

İnternetdə yerləşdirilən görüntülərdə zirehli texnika, tanklar və raket sistemləri də daxil olmaqla, hərbi texnikanın bölgəyə doğru hərəkət etdiyi iddia edilir.


Kiyevdən 200 km şimalda, Reçitsa yaxınlığında, @danvan71 tərəfindən geolokasiya edilmiş Belarusdakı ehtimal olunan Rusiya hərbi düşərgəsinin görüntüsündə BM-27 Uraqan raket sistemi göstərilir.
SU-35 təyyarəsi

Dənizdə toplanış
Rusiya bu aydan başlayaraq fevral ayına qədər davam edəcək, Atlantik okeanından tutmuş Sakit okeana kimi dünya miqyasında dəniz təlimləri keçirir. Təlimlərdə iştirak edir:

140 gəmi və yardımçı gəmi
60 təyyarə
10.000 hərbçi
Əsas döyüş tankları, şəxsi heyət və zirehli texnikanı daşımağa qadir olan Rusiya Hərbi Dəniz Qüvvələrinin 6 gəmisi Aralıq dənizində təlimlərə gedərkən La-Manş boğazından keçib.

Lakin onların təyinat məntəqəsinin Qara dəniz və Ukrayna sahilləri olub-olmayacağı bəlli deyil.

Bəzi analitiklər deyirlər ki, Rusiya qoşunlarının həm suda, həm də quruda hücumu son dərəcə çətin olar və donanma qüvvələri Ukrayna quru qüvvələrini quruda daha çox ehtimal olunan hücum marşrutlarından uzaqlaşdırmaq üçün "fənd" ola bilər.

Qrafiklər Sandra Rodriguez Chillida və Prina Shah tərəfindən hazırlanıb.

David Brown

BBC News












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.