“Qollarından yox, başından vuracağıq” - Baş nazir İranı hədələdi

30-01-2022, 00:20           
“Qollarından yox, başından vuracağıq” -
“İran osminoqu”nu qollarından yox, başından vuracağıq”.

Teleqraf.com xəbər verir ki, İsrail Baş naziri Naftali Bennet Tehrana qarşı tətbiq olunan strategiyaya son qoymağa qərar verdiklərini açıqlayıb.

Bennet deyib ki, başı Tehranda olan “İran osminoqu” şimalda Hizbullah, Qəzzada İslami Cihad, Suriya sərhədində şiə yaraqlıları və İraq, Yəmən və Liviyada digər silahlarla İsraili mühasirəyə alıb.

“Birtərəfli “soyuq müharibə” oldu, onlar vurdular, amma biz cavab vermədik. Biz bu tənliyi dəyişirik. İranı zəiflətmək üçün bütün istiqamətlərdə çalışırıq”, - baş nazir söyləyib.

“İrana müharibə elan ediləcəkmi” sualına Bennett belə cavab verib: “Biz istənilən vəziyyətə hazır olmalıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru