Rusiyanın yeni fəndi: DXR və LXR-də yaşayan ruslar orduya çağırıla bilər

30-01-2022, 08:13           
Rusiyanın yeni fəndi:
Dövlət Duması "Donetsk və Luqansk Xalq Respublikaları”nın ərazisində yaşayan Rusiya vətəndaşlarının orduya çağırıla biləcəyini bildirib.

Cebhe.info Qaynarinfo istinadla xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bildirib. O, bunun çağırışçının öz arzisiyla ediləcəyini vurğulayıb.

Deputat izah edib ki, bunun üçün Rostov-Dondakı regional hərbi komissarlığa müraciət etmək lazım gələcək. Orada qeydiyyatdan keçəcək və çağırış kampaniyası zamanı orduya aparılacaqlar. Onlar Rusiya Federasiyasının ərazisində xidmət edəcəklər.

Duma komitəsinin sədr müavini həmçinin qeyd edib ki, "müstəqilliyini” elan etmiş respublikaların sakinləri ilə görüşlərdə rusdilli əhalinin müdafiəsi ilə bağlı suallar getdikcə daha çox qaldırılır. "DXR” və "LXR” ərazisində yaşayan hər kəs Ukrayna ordusunun bu əraziləri "işğal etməsindən” narahatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru