"Kremlin ağrısını maksimuma çatdıracağıq” - Ağ Evin sözçüsü

30-01-2022, 09:54           
"Kremlin ağrısını maksimuma çatdıracağıq” -
Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ-ın tətbiq edəcəyi sanksyalarla bağlı yeni informasiyalar gəlib. Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bununla bağlı “The Wall Street Journal" qəzeti tərəfindən maralqı məlumat yayılıb.

Qəzetin xəbərinə görə, sanksiyalar hamının gözlədiyi kimi, Ruisyanın SWIFT beynəlxalq bank ödəmələri və informasiya mübadiləsi sistemindən ayırmağı nəzərdə tutmur. Üstəlik, RF-nin neft və qaz sektoruna hər hansı məhdudiyyətlərin tətbiqi gündəmdə deyil.

Lakin yeni sanksiyaların Rusiyanın ən böyük maliyyə qurumlarına şamil ediləcəyi dəqiqləşib.

“Biz yuxarıdan başlayacağıq və işi ən yüksək səviyyədə tutacağıq, bununla da Kremlin ağrısını maksimuma çatdıracağıq”,- deyə Ağ Ev administrasiyasının nümayəndəsi qəzetə danışıb.

Verilən informaiyalara əsasən, yeni sanksiyalardan ən zərərli çıxan Rusiyaın “VTB bank, “Qazprombank” və “Sberbank” kimi iri maliyyə nəhəngləri olacaq. Qeyd etmək lazımdır ki, təkcə "Sberbank" Rusiyanın maliyyə sisteminin 30%-lik təmiz aktivinə sahibdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.