Milyarderlər sanksiya təhlükəsi ilə üzləşib - SİYAHI

1-02-2022, 17:25           
Milyarderlər sanksiya təhlükəsi ilə üzləşib - SİYAHI
Ukraynaya hücum edəcəyi təqdirdə Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək. Sanksiyalar daha çox Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan milyarder iş adamlarına təsir göstərəcək. Teref.az reyting.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.

Qəzet Rusiya liderinə yaxınlığı ilə tanınan milyarderlərlə bağlı araşdırma da aparıb.

Bildirilir ki, son günlər Rusiya-Ukrayna gərginliyi ABŞ və Qərbin iştirakı ilə kəskinləşsə də, Böyük Britaniya dünən mümkün müharibə vəziyyətində Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Rusiyaya qarşı sanksiyaları genişləndirməyə imkan verən qanunun fevralın 10-dan qüvvəyə minəcəyi qeyd olunur. Bu gün sanksiyaların əhatə dairəsi açıqlanacaq.

“Daily Mail” Böyük Britaniyanın mümkün sanksiyalarının ən çox Rusiya prezidenti Vladimir Putinin zəngin dostlarına təsir göstərəcəyi barədə xəbərdarlıq edib. Dünyanın ən zəngin oliqarxları siyahısına Türkiyədə də yaxşı tanınan bir şəxsin də adı daxildir.

Qeyd edək ki, sanksiyadan ən çox təsirlənənlərin Böyük Britaniyada milyonluq mülkləri və şirkətləri olan milyarder oliqarxların olacağı vurğulansa da, Kremlə yaxın oliqarxlar da sanksiyalardan gizlənə bilməyəcəklər.

İngiltərə Xarici İşlər Nazirliyi heç bir oliqarxın adını çəkməsə də, “Daily Mail” qəzeti aktivlərinə toxunulacaq Putinin dostlarının adını açıqlayıb. Siyahıda İngiltərənin bir çox varlı adamları, o cümlədən təbii qaz və telekommunikasiya nəhəngi, 13,4 milyard funt sterlinqdən çox qazanan və son vaxtlara qədər “Arsenal” klubunun 30 faizinə sahib olan Əlişir Usmanovun da adı var.

Bir vaxtlar Rusiyanın ən varlı adamı və neft maqnatı olan Oleq Deripaskanın Belqraviyada iki evi olduğu, beş uşaq atası Mixail Fridmanın isə 2016-cı ildə 65 milyon funta satın aldığı Şimali Londondakı Athlone House-da yaşadığı bildirilir.

Onu da qeyd edək ki, İngiltərənin Xarici işlər naziri açıqlamasında “Kremli və Rusiyadakı rejimi maraqlandıran hər hansı bir şirkət hədəfə alına bilər”, - ifadəsini işlətmişdi. Belə şəxslər arasında özbək əsilli rusiyalı milyarder Əlişir Usmanov da var. Usmanov 13,5 milyard dollar sərvəti ilə “Forbes” jurnalının 2015-ci il sayında Rusiyanın üçüncü, dünyanın isə 71-ci ən varlı adamıdır. O, biznes ortağı Fərhad Moşiri ilə birlikdə “Arsenal” klubunda 14,5 faiz paya sahibdir.

Böyük Britaniyanın sanksiyalarından birbaşa təsirlənəcək digər şəxs isə Oleq Deripaska ola bilər. Rusiyalı oliqarx, sənayeçi və neft maqnatı Deripaska bir vaxtlar Rusiyanın ən varlı adamı kimi tanınırdı. Onun təxmini sərvəti 3,2 milyard funt sterlinqdir.

Böyük Britaniyada yaşayan və sanksiyalardan təsirlənəcək şəxslərdən biri də Türkiyədə yaxşı tanınan Mixail Fridmandır. Təxminən 10,5 milyard funt sterlinq sərvəti olan Fridman, yüzdə 19,8 payla “Turkcell”-in ikinci ən böyük ortağıdır.

Siyahıda Rusiya Baş nazirinin keçmiş müavini İqor Şuvalov da var. VEB.RF Dövlət İnkişaf İnstitutunun prezidenti Şuvalovun 200 milyon funt sterlinq aktivi var.

Putinin digər yaxın dostu və sanksiyalardan təsirlənəcək adlardan biri olan Andrey Kostindir. O, Rusiyanın ikinci ən böyük bankı olan “VTB Bank”ın rəhbəridir. Kostinin prezident Putinlə yaxın əlaqələri olduğu bildirilir. Diqqətə çatdıraq ki, Kostin daha əvvəl Rusiyaya qarşı sanksiyaları “iqtisadi müharibə” kimi qiymətləndirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.