“Bizim güclü ordumuz var idi, indi isə ancaq sağ qalmaqdan danışırıq” – Erməni ekspert

2-02-2022, 08:43           
“Bizim güclü ordumuz var idi, indi isə ancaq sağ qalmaqdan danışırıq” –
“Bizim güclü dövlətimiz, ordumuz var idi, regionda ən döyüşkən ordu bizim idi. İqtisadi cəhətdən düşünmək imkanı olan Qarabağ var idi. İndi isə biz ancaq sağ qalmaqdan danışırıq”.

Qaynarinfo xəbər verir ki, bu sözləri erməni ekspert, Azərbaycanşünas Armine Adibekyan deyib.
Adibekyan vurğulayıb ki, indi onlar bütün bunlardan məhrum olublar:
“Baş nazir Nikol Paşinyan öz uğursuzluqlarını özündən əvvəlkilərin (Sarkisyan-Köçəryan) boynuna yıxmağa çalışır. Özünün tipik manipulyasiya üsulları ilə Serj Sarkisyanın ona hansı dəhşətli mirası qoyub getdiyini göstərməyə çalışır. Mən bilmirəm, hazırkı vəziyyət Paşinyana Sarkisyandan miras qalan vəziyyətindən nə dərəcədə yaxşıdır”.
Ekspert bildirib ki, Paşinyanın sözləri ilə əməlləri bir-birindən ciddi şəkildə fərqlənir, üstəlik, onun bütün çıxışları bir-biri ilə ziddiyyət təşkil edir:
“Mən onun danışıqlar prosesinə girməsinin əleyhinəyəm. Onun Ermənistan üçün edə biləcəyi yeganə yaxşı şey erməni xalqı üçün istefa verməsidir. Ermənistan Qarabağ prosesindən geri çəkildi. Paşinyanın Qarabağa yanaşması belədir: “Bu siz, bu da sizin Qarabağınız, nə istəyirsiz edin, kağız gətirin, mən onu imzalayacam”.
Bəli bu, Paşinyanın yanaşmasıdır. Ermənistanda idarəçilik yoxdur. Nə qədər ki, onlardır hakimiyyətdədir, olmayacaq”.
Adibekyan dövlətçiliklə bağlı məsələlərə də toxunaraq qeyd edib:
“Türklər Abaranda 3-4 min dollarlıq evləri 15-20 min dollara alırlar, ermənilər isə aldadılmaqlarına böyük məmnuniyyətlə razılaşıb, satıb Rusiyaya “suvaq çəkməyə” gedirlər. Dövlətin mövcudluğu ilə bağlı problemlər var. Bizim dövlət təhlükəsizliyimizin qayğısına qalacaq xüsusi xidmətimiz yoxdur. Türk gələndə, daxma alanda, vətəndaşlıq alanda düşünmürlər ki, 50 ildən sonra bu dövlətin aqibəti necə olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.