ABŞ-ın planı hazırdır: Zelenski qaçırılacaq və sürgündə...

6-03-2022, 12:02           
ABŞ-ın planı hazırdır: Zelenski qaçırılacaq və sürgündə...
ABŞ Dövlət Departamenti, Pentaqon və digər ABŞ agentlikləri Vladimir Zelenski hökumətinin Ukraynanı tərk etməli olacağı təqdirdə planlarını, o cümlədən Zelenskinin Polşada sürgündə Ukrayna hökumətini quracağı ssenarisini hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” (VP) qəzetinə adı açıqlanmayan Vaşinqton rəsmilərindən biri deyib.

“Mümkün olan hər bir hadisə üçün fövqəladə hallar planı hazırlayırıq”, - rəsmi qeyd edib.

Nəşr bildirib ki, Zelenski ABŞ rəsmiləri ilə Kiyevdən Polşa sərhədinə yaxın olan Lvova gedib-getməməyi müzakirə edib.

Adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmurun sözlərinə görə isə Zelenskinin mühafizəçiləri onu və kabinet üzvlərini tez bir zamanda köçürməyə hazırdırlar.

"Vaşinqton Post" onu da vurğulayıb ki, Zelenski bu günə qədər Kiyevi tərk etməkdən imtina edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru