Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın yeni planlarını ələ keçirdi - FOTO

6-03-2022, 13:55           
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın yeni planlarını ələ keçirdi - FOTO
Ukrayna Təhlükəsizlik Xidməti Kremlin Ukrayna ilə bağlı planlarını ələ keçirib.

Teref.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə xidmətin yaydığı məlumatda deyilir.

Bildirilib ki, Qərbi Ukraynada yeni "xalq respublikaları" yaratmaq planlarının üstü açılıb:

"Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, "Ukrayna Federativ Respublikası"na aşağıdakı ərazilər daxil olmalı idi: Lvov, Transkarpatiya, İvano-Frankovsk, Çernivitsi, Ternopil".

Qeyd olunub ki, məqsəd nizami ordu tərəfindən nəzarətdə saxlanıla bilməyən ərazilərdə Ukrayna hərbçilərinin vəziyyətini sarsıtmaq, silahlı qüvvələri dəstəkdən məhrum etmək olub:

"Ukrayna Təhlükəsizlik Xidməti İvano-Frankovsk vilayətində şəbəkənin təşkilatçısı və əsas fiqurlarını saxlayıb. Kəşfiyyat xidmətinin məlumatına görə, qərb və mərkəzi bölgələrdə onlar yarım mindən çox vətən xaini toplamalı idilər.

Silahlı separatçılar əsas təhlükəsizlik qüvvələrini və hökumət rəsmilərini məhv etməli idilər".

Vurğulanıb ki, Ukrayna Təhlükəsizlik Xidməti təşkilatçının üzərində Ukrayna ordusu, təhlükəsizlik qüvvələri və mülki şəxsləri onlara qoşulmağa çağıran hazır manifestlər tapıb. Bundan başqa, yeni "anklav"ın tanınması tələbi ilə xarici dövlətlərə müraciət də aşkarlanıb.

Hazırda istintaq hərəkətləri aparılır.

Cinayət Məcəlləsinin 109-cu (Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya devirməyə və ya dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər) maddəsinə əsasən, satqın və onun əlaltılarını 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.