NATO Baltikyanı ölkələrdə müdafiə strategiyasına keçir

6-03-2022, 18:45           
NATO Baltikyanı ölkələrdə müdafiə strategiyasına keçir
Ukrayna böhranı fonunda geosiyasi vəziyyətin gərginləşməsini nəzərə alan Şimali Atlantika Alyansı belə qənaətə gəlib ki, Baltikyanı ölkələrdə fəaliyyət göstərən mühafizə strategiyasını müdafiə strategiyasına dəyişmək lazımdır.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis məlumat verib.

“Avropa İttifaqı və NATO xarici işlər nazirləri arasında Brüsseldə keçirilən görüşlərin nəticəsi alyansın Baltikyanı ölkələr üçün təhlükəsizlik strategiyasına yenidən baxılması zərurəti ilə bağlı qərar oldu. Biz çəkindirmə strategiyasından müdafiə strategiyasına keçirik. Görülməli olan işlərin təfərrüatları dəqiqləşdirilir”, - deyə o bildirib.

Onun sözlərinə görə, rəsmi Vilnüs NATO-nu ehtiyacları və təhlükəsizliyin zəif tərəfləri barədə məlumatlandırır. “Biz nəzərə alınan real təkliflər göndəririk”, - deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru