Ukrayna 5-ci kolonun tör töküntüsündən təmizlənir- Daha bir deputat "vətən xaini" çıxdı...
6-03-2022, 18:59

Ukraynanın baş prokuroru İrina Venediktova deputat İlya Kivanın dövlətə xəyanətdə şübhəli bilinməsi və Ukrayna ərazisinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı ictimai çağırışlar etməsi barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" kanalında məlumat yayılıb.
“Kiva İlya Vladimiroviç, sizə şübhə ilə bağlı məlumat verirəm. Yaxın gələcəkdə sizi beynəlxalq axtarışa verəcəyik. Sonra həbs, ekstradisiya və ədalətli mühakimə olacaq. Bu, sənin taleyindir”, - Venediktova bildirib.
O, əlavə edib ki, toplanmış sübutlar əsasında Kivanın öz hərəkətləri və ifadələri ilə “Ukrayna dövlətinə böyük ziyan vurduğuna” inanır.
"Siz rus təcavüzkarını evimizə "dəvət etmək" üçün əlinizdən gələni etdiniz, dövlətimizin sərhədlərini dəyişdirmək üçün hər şeyi etdiniz. Siz hər şeyi etdiniz ki, milyonlarla insan gecəni bomba sığınacaqlarında keçirsin. Ukraynalıların çoxu qonşu dövlətlərin sərhədlərində yaşayı və onların çoxu heç vaxt evlərinə qayıtmayacaq.Ukraynalı uşaqların valideynlərini bir daha görməməsi üçün hər şeyi etdiniz. Bütün bunları boş yerə etmisiniz - nə siz, nə də kuratorlarınız uğur qazana bilməzlər. Amma məhkəmə prokurorların arqumentlərini inandırıcı hesab etsə, televiziyaya baxmaq üçün xüsusi ayrılmış vaxtda bu barədə mediadan biləcəksiniz”, - Venediktova vurğulayıb.