Rusiyaya ağır zərbə: İş adamlarının əmlakları müsadirə edilərək Ukraynaya yönəldiləcək

21-03-2022, 17:09           
Rusiyaya ağır zərbə: İş adamlarının əmlakları müsadirə edilərək Ukraynaya yönəldiləcək
Polşa hökuməti rusiyalı oliqarxların aktivlərini müsadirə edə bilmək üçün konstitusiyaya dəyişiklik etmək istəyir.

Pravda.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa hökumətinin sözçüsü Pyotr Müller bildirib.

Müllerin sözlərinə görə, konstitusiyaya ediləcək dəyişiklik Rusiyanın dəstəklənməsində iştirak edən müəssisə və şəxslərin bütün əmlakını, eyni zamanda xüsusilə Avropa Birliyi tərəfindən sanksiyalara məruz qalan oliqarxların əmlakını müsadirə etməyə imkan verəcək.

O həmçinin qeyd edib ki, konstitusiyaya ediləcək dəyişikliklərə uyğun olaraq ələ keçiriləcək vəsaitlər Ukraynadakı döyüşlər zamanı zərər çəkmiş insanlara sərf ediləcək.

Müller konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı müvafiq layihənin artıq hazırlandığını vurğulayıb.

Qeyd edək ki, mülkiyyət hüququ Polşa konstitusiyasında qorunduğu üçün hazırkı vəziyyətdə rus oliqarxların mülkünü müsadirə etmək mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru