Azərbaycanlıların bu barədə məlumatlı olmasını istəyirik

5-05-2022, 08:15           
Azərbaycanlıların bu barədə məlumatlı olmasını istəyirik
Altı ay əvvəl Böyük Britaniyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Sammiti keçirildi. Azərbaycan Gənclər İqlim Konfransının keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini iqlim dəyişikliyinə yönəltmək, Qlazqo Sammitində əldə olunmuş nailiyyətlər, eləcə də qarşıdakı altı ayda, yəni növbəti Sammit keçirilənə qədər görüləcək işləri müzakirə etməkdən ibarət idi.

Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

Belə tədbirlərdə, xüsusilə də gənclərin iştirakının önəmli olduğunu diqqətə çatdıran səfir bildirib:

“Məqsədimiz Azərbaycan gənclərinin də iqlim dəyişikliyi, həmçinin onunla mübarizədə hansı işlərin görüldüyü barədə məlumatlı olmasıdır. İqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün həm fərdi səviyyədə, həm də kollektiv olaraq hansı işləri görə biləcəyimizi müəyyənləşdirməyimiz vacibdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru