Şarl Mişelin “Ukrayna üçün lazımdır “ dediyi “Marşal planı”nın mahiyyəti...

5-05-2022, 12:14           
Şarl Mişelin “Ukrayna üçün lazımdır “ dediyi “Marşal planı”nın mahiyyəti...
Hazırda dünyanın gözü Polşanın paytaxtı Varşavadadır. Bu gün orada keçiriləcək donorlar konfransında yeni qərarların alınacağı istisna deyil.

Adalet.az “Інтерфакс-Україна"-na saytına istinadən xəbər verir ki,

Avropa Şurasının prezidenti Şarl Mişel də açıqlamasında Avropanın Ukrayna ilə bağlı “Marşal planı”nın başlanğıc nöqtəsi olacağını söyləyib. Rusiyanın Ukraynaya qarşı müharibəsini “bəşəri faciə” adlandıran Ş.Mişel Ukraynaya dəstək siqnalları göndərməyin vacib olduğunu vurğulayıb: “ Məncə, bu konfrans Ukrayna üçün Avropanın “Marşal planı”nın başlanğıc nöqtəsi olacaq. Bunu etməliyik, Ukraynanı mümkün qədər dəstəkləyəcəyimizə dair güclü siqnal göndərməliyik.

Bu gün Ukraynaya qarşı müharibə bəşər faciədir, bu o deməkdir ki, bu gün uzaqgörən liderlər cəsarətli, qətiyyətli olacağımızı, Ukraynanı nəinki sözlə, nəinki nitqlə, həm də əməldə dəstəkləyəcəyimizi göstərməlidirlər. Bizə həll yolları lazımdır, bizə pul lazımdır, güclü koordinasiya lazımdır, siyasi iradə lazımdır”-deyə AŞ prezidenti bildirib.

Qey edək ki, hələ Rusiya- Ukrayna müharibəsinin ilk günlərində AŞ prezidenti belə bir açıqlama ilə çıxış etmişdi:”Avropa Birliyi Rusiyaya qarşı müharibədə dəstək olmaq üçün ağır silahlar alıb Ukraynaya pulsuz təhvil verməyə razılaşıb”. Marşal Planı da Ukrayna üçün növbəti dəstək addımlarından biri hesab oluna bilər.

“Marşal planı” ikinci Dünya Müharibəsindən sonra Avropanı ayağa qaldırdı. Müharibədən sonra Avropa ölkələrinin iqtisadiyyatları dağılmışdı, köhnə qitənin kənar dəstəyə ehtiyacı var idi. Plan Avropanı bərpa proqramı olmaqla yanaşı həm də , “Soyuq müharibə”nin başlanması üçün real addım demək idi.

1947-ci il iyunun 5-də ABŞ dövlət katibi Corc Marşall özünün Harvard Universitetindəki çıxışında sonradan "Marşall planı" kimi məşhurlaşan planın konturlarını cızdı.

Bu plan Avropanı dirçəltməklə, kommunizmin qabağına keçilməz bir sədd çəkdi.

Plan 1948 ildə qüvvəyə minmişdi. Plana görə 16 Avropa dövləti ABŞ hökumətindən 1948- 1951 illərdə 17 mlrd, dollar yardım almalı idi. Yardımın təqribən 60%-i Böyük Britaniya, Fransa, İtaliya və Qərbi Berlinin payına düşürdü. Marşal planı 1951 ildə həm iqtisadi, həm də hərbi yardımın eyni zamanda göstərilməsini nəzərdə tutan «təhlükəsizliyin qarşılıqlı təminatı» müddəası ilə əvəz olundu.
Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.