“Siz rusları və digər xalqları iyrənc hesab edən insanlarsınız" - “Putinin aşpazı”

5-05-2022, 11:51           
“Siz rusları və digər xalqları iyrənc hesab edən insanlarsınız" - “Putinin aşpazı”
Rusiya prezidenti Vladimir Putinə yaxın olan, ictimai iaşə sahəsində aldığı dövlət tenderlərinə görə “Putinin aşpazı” kimi tanınan və onun sifarişi ilə “Vaqner Qrupu”nu idarə etdiyi iddia edilən Yevgeni Priqozin Britaniyanın “The Guardian” qəzetinə açıqlama verib.

"Unikal" xəbər verir ki, Qərbi “məhv olmuş pozğunlar” kimi xarakterizə edən Priqozin Rusiyanın Ukraynada mütləq qalib gələcəyini bildirib.

"Vaqner Qrup"u ilə heç bir əlaqəsi olmadığını iddia edən rusiyalı iş adamı, “Siz rusları, malililəri, mərkəzi afrikalıları, kubalıları, nikaraqualıları və digər xalqları iyrənc hesab edən Qərb sivilizasiyasısınız. Siz nəsli kəsilmiş pozğunların acınacaqlı bir qrupusunuz. Biz çoxuq, milyardlarla. Qələbə bizim olacaq” , - deyib.

ABŞ və Avropa ölkələrinin Mali və Afrikada insanları əsarət altına almağa çalışdığını bildirən Priqozin Qərbin bölgədəki təbii sərvətləri talamaq üçün terror təşkilatları vasitəsilə qorxu mühiti yaratdığını iddia edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçən həftə "Vaqner Qrupu"nun Mali və Liviyada fəaliyyət göstərdiyini təsdiqləsə də, qrupun Rusiya hökumətindən birbaşa təlimat aldığını təkzib edib. Suriya və Ukraynada insan haqlarını pozmaqda ittiham olunan “Vaqner Qrupu”nun yüzlərlə muzdlusunun müxtəlif ölkələrdə döyüşdüyü bildirilir.

Gülayə Mecid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.