Putin 9 mayda “Qiyamət təyyarəsi” ilə Qərbə nüvə müharibəsi xəbərdarlığı göndərəcək – “REUTERS”

7-05-2022, 08:03           
Putin 9 mayda “Qiyamət təyyarəsi” ilə Qərbə nüvə müharibəsi xəbərdarlığı göndərəcək – “REUTERS”
Rusiya prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsinin ildönümü münasibətilə təşkil edilən Qələbə Paradında Qərbə “qiyamət xəbərdarlığı” göndərəcək.

Teref.az-ın yazdığına görə, Qafqaz.media xəbər verir ki, bu barədə “Reuters” yazır.

Qeyd olunur ki, Putin qoşunların, tankların, raketlərin və qitələrarası ballistik raketlərin paradından əvvəl “Qızıl Meydan”da çıxış edəcək.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, paradda səsdən sürətli döyüş təyyarələri, Tu-160 strateji bombardmançı təyyarələri və 2010-cu ildən bəri ilk dəfə olaraq nüvə müharibəsi baş verəcəyi təqdirdə Rusiyanın ali rəhbərliyini daşıyacaq “Qiyamət İl-80” komanda təyyarəsi iştirak edəcək.

Bu ssenaridə İl-80-in Rusiya prezidentinin mobil komanda mərkəzinə çevrilməsi nəzərdə tutulur.

Məlumata görə, o, texnologiya ilə doludur, lakin içərisindəki konkret detallar Rusiya Federasiyasının dövlət sirridir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.