Yermak Ancelina Colini yenidən Ukraynaya dəvət edib

7-05-2022, 10:56           
Yermak Ancelina Colini yenidən Ukraynaya dəvət edib
Vladimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak amerikalı aktrisa və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Colini yenidən Ukraynaya səfərə dəvət edib.

Aprelin 30-da Coli humanitar missiya ilə Lvova gəlmişdi. Lvovda mühafizəçilərin müşayiəti ilə girdiyi bir kafedə aktrisanı lentə alan ziyarətçilər bu videonu qürur hissi ilə sosial şəbəkələrdə paylaşmışdılar.

Ukrayna Prezidentinin Ofisi bildirib ki, Andrey Yermak UNICEF-in xoşməramlı səfiri Ancelina Coli ilə videokonfrans vasitəsilə danışıb və Prezident Aparatının rəhbəri Ancelina Colini yenidən Ukraynaya səfərə dəvət edib.

Yermak və Coli ukraynalı uşaqlara kömək etmək üçün atılacaq addımları da müzakirə ediblər və aktrisa bunun üçün əlindən gələni edəcəyinə əminliyini ifadə edib.

Mənbə: RİA Novosti












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.